- Baxış sayı: 33
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

AFFA intizam komitəsi “Cəbrayıl” və “Energetik” arasında region liqasının 1/4 finalının cavab oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Mingəçevir komandasının rəsmisi Ruslan Həmidov hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyun cəzalanıb.
Bundan başqa, oyunun sonlarında hakimlər briqadasını təhqir etdiyi və hakimə fiziki təsir göstərdiyi üçün, qonaq futbolçular – Elvin Əlizadə, Allahverdi Allahverdiyev, Tural Məmmədzadə hər biri 14, Orxan Əlibabayev 10 oyunluq cəzalandırılıb.
90+3-cü dəqiqədə oyun yarımçıq dayandırıldığı üçün “Energetik” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.