- Baxış sayı: 35
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Bu gün “Neftçi” premyer liqanın 26-cı turunda səfərdə “Kəpəz” ilə 3:3 etdi. Allsport.az saytı xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Miodraq Bojoviç bunu dedi:
“Çətin oyun oldu. 3 dəfə hesabda geri düşdük. Matçı çevirə bilmədik. İlk hissədə yaxşı oynadıq.2-ci yarı başlayanda, rəqib yenidən hesabda irəli çıxdı, yaxşı qol vurdu.
Komanda xarakter göstərdi. Bilmirəm necə olmalıdır ki, qarşı tərəfə qırmızı vərəqə verilsin. Açıq aşkar Emin Mahmudova qarşı kobudluq oldu. Onun ayağı qırıla bilərdi. “Qarabağ” ilə görüşdə də bizim lehimizə qırmızı vərəqə verilmədi.
“Kəpəz” ilə Tovuzda oynamağa məcbur edildik. Bildiyim qədər, rəqib bundan sonra ev oyunlarını Sumqayıtda keçirəcək. Elə edə bilərdilər ki, bu matçda orda olsun. 14 gündə 2-ci dəfə Tovuza səfər etdik. Bir komanda eyni mövsümdə bir neçə stadionda oynaması düzgün deyil”.