- Baxış sayı: 188
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 188
- Dekabr 05, 2025
- 0

Ötən mövsümü icarə əsasında “Sumqayıt”da keçirən Mirabdulla Abbasov “Neftçi”yə qayıdıb. Allsport.az saytı xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bununla bağlı fikrini klub televiziyasına bildirib:
“Neftçi” dogma, futbola göz açdığım komandamdır. Bura qayıtdığım üçün sevincliyəm. Məşqlər hələ ki fiziki hazırlıq üzrə keçir. Əhval-ruhiyyə yaxşıdır. Əlimizdən gələni edəcəyik ki, “Neftçi” əvvəlki günlərində olduğu kimi oynasın.
Azarkeşlərə minnətdarlığımı bildirmək istəyirəm. “Sumqayıt”da olduğum müddətdə də mənə böyük dəstək oldular. Çalışacağam ki, bundan sonra daha artıq dəstək göstərsinlər”.