Mirançuk klubunu dəyişə bilər

“Atalanta”nın rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançuk karyerasını İtaliyanın digər klubu – “Bolonya”da davam etdirə bilər.

Allsport.az xəbər verir ki, berqamasklar transfer pulunun bir hissəsini Aleksey Mirançukun əks istiqamətdə qaytarması ilə əvəz edərək, “Bolonya” klubunun hücumçusu Rikkardo Orsolini almaq istəyir.

Ötən mövsüm 28 yaşlı Aleksey Mirançuk “Atalanta”nın heyətində 41 oyun keçirib, 4 qol vurub və 12 məhsuldar ötürmə verib.

Həmin kateqoriyadan