- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Futbol proqnozunun həvəskarları üçün bu gün mərc ediləsi oyunların sayı elə də çox deyil. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru “Topaz” müştərilərinə 30 matç təklif edir. Oyun sayı az olsa da, proqnozsevərlər üçün cəlbedici şərtlər var. Belə ki, 30 qarşılaşmadan 18-nə “Topaz”da canlı mərc etmək olar ki, bu da qazanmaq şansını artırır. 4 görüşə isə “təkli oyun” statusu verilib. Bu “təkli” oyunlara həm də canlı mərc etmək mümkündür. Söhbət Polşa və Rumıniya çempionatlarının görüşlərindən gedir.
Rumıniya liqasında saat 22-də başlanacaq “Astra” – “Dinamo” (Buxarest) matçı xüsusən maraq doğurur. Rumıniyada çempionat “altılıq” sistemi üzrə keçirildiyindən, komandaların qarşısına qoyulan ilkin məqsəd bura düşməkdir. “Astra” hazırda 6-cı pillədə qərarlaşsa da, mövqeyi möhkəm deyil. 3 komanda “Astra”nı qarabaqara izləyir. 11-ci sırada qərarlaşan “Dinamo” isə ilk “altılıq”dan 6 xal ayırır. Bu axşam səfərdə qazanılan qələbə “dinamoçular”ı yuxarı pillələrə bir qədər də yaxınlaşdıracaq. Son 4 turda uduzmayan “Astra” “Dinamo”yla aralarındakı son 4 dueldə də məğlub olmayıb. Amma hər uğurlu və ya uğursuz seriyanın bir sonu olduğunu da nəzərə almaq lazımdır. Onu da qeyd edək ki, “Dinamo”nun baş məqşçisi Azərbaycanda kifayət qədər sevilən “Xəzər Lənkəran” klubunun keçmiş çalışdırıcısı Mirça Rednikdir. 56 yaşlı mütəxəssis Lənkəranda cəmi 1 il işləsə də (2010/2011) burada özü haqda xoş təəssüratlar qoyub gedib. İndi Rednik məşqçi karyerasında 7-ci dəfə vaxtilə formasını geydiyi “Dinamo”ya qayıdıb. Qarşısına qoyulan əsas vəzifə isə Buxarest klubunun keçmiş şöhrətini özünə qaytarmaqdır. Prinsipial xarakter daşıyan axşamkı qarşılaşmaya “Topaz”da bu əmsallarla mərc edə bilərsiz: “Astra”nın qələbəsi 2.40, heç-heçə 2.75, “Dinamo”nun qələbəsi 2.55.
Polşa liqasında isə 20-ci turun ilk 2 oyunu keçiriləcək. Mövsümə uğursuz başlasa da, sonradan “sürət yığan” “Legiya” çempionatın autsayderi “Zaqlembe Sosnoviek”in qonağı olacaq. Portuqaliya futbolunun məşhur isimlərindən olan Rikardu Sa Pintunun başçılıq etdiyi “Legiya” son 4 çempionat və 1 kubok oyununda uduzmayıb. Hazırda 2-ci sırada yer alan varşavalılar bu axşam qalib gələcəkləri halda, lider “Leçiya Qdansk”la xalları bərabərləşdirəcək. Sonuncu sırada qərarlaşan “Zaqlembe Sosnoviek”in isə itiriləsi nəyisə yoxdur. İndiyədək bu komandalar cəmi 4 dəfə qarşılaşıb və bütün oyunlar “üst” bitib. 3 görüşdə “Legiya”, birində isə “Zaqlembe” qalib gəlib. Bu dəfə nəyin necə olacağını “Topaz”da mərc edə bilərsiz. Əmsallar: “Zaqlembe Sosnoviek”in qələbəsi 5.10, heç-heçə 3.65, “Legiya”nın qələbəsi 1.40.
Mərcinizi ən yaxın “Topaz” məntəqəsində və ya “www.etopaz.az” saytı vasitəsilə edə bilərsiz.