- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“Zəmələk”in və Misir millisinin müdafiəçisi Əhməd əl-Fateh narkotikin təsiri altında avtomobil idarə edərkən bir polisi öldürüb. Allsport.az saytı xəbər verir ki, futbolçu həmin an həşişin təsiri altında olarkən, yüksək sürətlə asayiş keşikçisi ilə qarşılaşıb. Misir prokurorları 26 yaşlı futbolçunu qəsdən adam öldürmədə ittiham edib.
İdmançı həbs edilərək nəzarətə götürülüb və o, cümə axşamı günü elan edilən məhkəməyə qədər orada qalıb. Misir məhkəmə-tibbi ekspertiası təqsirləndirilən şəxslərdən götürülən nümunədə uyuşdurucu olduğunu təsdiqləyib.
Əhməd millidə 28 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə edib. Sonuncu dəfə yanvarın sonunda Afrika Millətlər Kubokunun pley-off mərhələsində meydana çıxıb.