Mladen Milinkoviç: 55-ci əcnəbi, 4-cü serbiyalı

Topaz premyer liqasının 1-ci turunun “Keşlə” – “Sabah” qarşılaşması (0:1) daha bir əcnəbi baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin çalışdırıcısı Mladen Milinkoviç yarışın tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb.

O, Azərbaycan çempionatlarında 4-cü serbiyalı baş məşqçidir. Ona qədər həmyerliləri Petar Kurçubiç “Olimpik”i (indiki “Şüvəlan”), Milinko Pantiç “Bakı”nı çalışdırıb. Miroslav Saviç isə baş məşqçi əvəzi kimi “Masallı”nı 1 oyuna çıxarıb.

Həmin kateqoriyadan