- Baxış sayı: 8
- 05 Dekabr 2025 15:59
- Baxış sayı: 65
- Dekabr 05, 2025
- 0

“Lokomotiv”in sabiq futbolçusu Dmitri Tarasov avqustun əvvəlində instaqram modeli Natalya Svistunova və Rostovdan olan bloqçu Kristina Smit ilə qalmaqala düşüb.
Allsport.az xəbər verir ki, qızlar onunla yazışmaların skrinşotlarını yayıb, Tarasovun telefon nömrəsi istədiyini göstəriblər. Hətta birgə fotolar da paylaşılıb.
Futbolçu isə cavab olaraq video yayımlayıb və bütün yazışmanı göstərib. Onun sözlərinə görə, telefon nömrəsini biznes partnyoruna verib, qızlara tütün məhsullarının reklamını təklif etmək istəyiblər:
“Onlar əməkdaşlıqdan imtina edib, hay-küy yolunu seçdilər. Bu onların seçimidir, təbrik edirəm”.
Tarasov həmçinin həyat yoldaşı, “Miss Rusiya 2014” titullu Anastasiya Kostenko və uşaqlarını hədəf alan tənqidlərə qarşı sərt reaksiya verib:
“Məni tənqid edə bilərsiniz, amma ailəmə toxunmayın, əks halda başqa tədbirlər görüləcək”.
Svistunova və Smit sosial şəbəkələrdə tanınmış simalardır. Onlar tez-tez səs-küylü paylaşımları ilə gündəmə gəlirlər.