- Baxış sayı: 77
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Yuventus”un hücumçusu Moise Kin “Atletiko Madrid”ə keçməyə yaxındır.
Allsport.az xəbər verir ki, klublar artıq müqavilənin bütün şərtləri ilə bağlı razılığa gəliblər. Forvard 6 aylıq icarə əsasında Madrid klubuna keçəcək. Paytaxt təmsilçisi futbolçunun icarəsi üçün 460 min avro ödəyəcək.
Bu mövsüm Kin “qoca sinyora”nın heyətində 12 oyun keçirib və bu matçlarda effektli olmayıb.