- Baxış sayı: 120
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Milli olimpiya lomitəsində fiziki tərbiyə müəllimləri üçün beynəlxalq təlim keçirilib. Allsport.az saytı xəbər verir ki, “İdman administratorluğu kursu”nu ölkəmizdə beynəlxalq sertifikata malik təlimçilər keçib.
Müəllimlərin və idman mütəxəssislərinin inzibatçılıq üzrə bilik və bacarıqlarını artırmaq məqsədilə təşkil olunan təlimlər MOK-un təşkilatçılığı və beynəlxalq olimpiya komitəsinin olimpiya həmrəyliyi fondunun dəstəyi ilə baş tutub.
Təlimi Bakı şəhər məktəblərinin fiziki tərbiyə müəllimlərinə ölkəmizdə BOK-un idman inzibatçılığı üzrə sertifikatına malik 4 məruzəçi MOK-un marketinq idarəsinin rəhbəri Mehman Kərimov, beynəlxalq əlaqələr idarəsinin rəhbəri Anar Bağırov, beynəlxalq proqramlar komissiyasının katibi Ceyhun Rəhmanov və Azərbaycan Atletika Federasiyasının baş katibinin müavini Kənan Məhərrəmov keçiblər. Voleybol federasiyasının idman şöbəsinin rəhbəri Elnur Məmmədov isə qonaq məruzəçi qismində iştirak edib.
Təlimdə olimpiya tarixi, kommunikasiya, olimpiya oyunlarının təşkil olunması, olimpiya marketinqi və digər mövzularda təqdimatlar edilib, iştirakçılar ilə bu mövzularda fikir mübadiləsi aparılib. “İdman administratorluğu kursu”nu bitirənlərə BOK-un sertifikatları təqdim olunub.