- Baxış sayı: 121
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Tokio-2020 təşkilat komitəsi, beynəlxalq olimpiya və paralimpiya komitəsi ilə birlikdə COVİD-19 pandemiyası ilə əlaqədar yeni qaydalar toplusu hazırlayıb. Allsport.az saytı xəbər verir ki, təlimatları müstəqil ekspertlər və digər idman təşkilatlarından ibarət işçi qrup hazırlayıb. MOK-un idman şöbəsinin baş məsləhətçisi Vaqif Əliyev, qaydalar toplusunda beynəlxalq qurumlar milli olimpiya komitələrinə tələb və tövsiyyələrini çatdırdıqlarını deyib. MOK isə, öz növbəsində qaydalar toplusunu tərcümə edib və federasiyalara yönləndirib.
Qaydalar toplusu ilə bağlı federasiyalarla marifləndirmə işlərinə artıq start verilib. Mok rəsmisinin sözünə görə, taekvondo federasiyası ilə maarifləndirmə təlimi artıq başlanlıb. Onların təlimlərinin səmərəli və təhlükəsiz keçirilməsi üçün nazirlər kabineti yanında operativ qərargahın qaydalarına uyğun şərait yaradılıb. Dayanq ustalarının karantin qaydalarına uyğun təlimlərinin keçirilməsi üçün tədbirin baş tutacağı məkan brendləşdirilib və idmançılara COVİD-19 virusundan müdafiə olunmaq qaydalarından bəhs edən xüsusi təlimat kitabçaları paylanılıb.
Təhlükəsiz şəraitdə təlim-məşq toplantılarını başa vurmaları üçün, taekvandoçular komanda həkiminin nəzarəti altında olacaqlar. BOK-un Tokio-2020 yay olimpiya oyunlarında COVİD-19- virusu ilə əlaqəli xüsusi qaydalar toplusunda yer alan yeni tələbləri təlim dövründə iştirakçılara çatdırılacaq. Qapalı məkanlarda məşq etmək icazəsi olmadığı üçün Tokio-2020-yə hazırlığın aparılması məqsədilə MOK ilk belə tədbiri atletika federasiyası ilə aparıb.