- Baxış sayı: 119
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Milli olimpiya komitəsinin təşəbbüsü, Beynəlxalq Olimpiya Komitəsinin olimpiya həmrəyliyi fondunun dəstəyi ilə Bakıda “Rəqəmsal media və kommunikasiya” mövzusunda seminara start verilib. Allsport.az saytı xəbər verir ki, toplantının məqsədi sosial media platformaları vasitəsilə MOK-un həyata keçirdiyi fəaliyyətləri və tədbirləri təbliğ etməyin yolları öyrənmək, hazırki trendlərin istifadəsi, hər bir platformaya uyğun strategiyanın hazırlanmasında innovativ üsulların öyrənilməsidir.
Tədbirdə müxtəlif hadisələrə əsasən kommunikasiyanın aparılması metodları və krizis kommunikasiyasının idarə olunması metodları müzakirə olunacaq. Əlavə olaraq, video və foto materialların düzgün hazırlanmaq və auditoriyaya təqdim olunması üsullarının izahı da təlim proqramına daxildir.
Tədbirin giriş sözü ilə açan MOK Azərbaycanın marketinq direktoru Mehman Kərimov regional seminarın movzüsu və tarixçəsi haqda iştirakçılara məlumat verdi. Çıxışının sonunda belə bir imkanın yaradılmasına görə olimpiya həmrəyliyi fonduna təşəkkürünü bildirən Kərimov seminarın olimpiya komitələri arasinda sosial media və digər sahələrdə əməkdaşlığının güclənməsinə təkan verəcəyinə ümidvar olduğunu söylədi.
Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Moldova, Ukrayna, Gürcüstan, Qırğızıstan, Qazaxstan, Serbiya və Belarusiya milli olimpiya komitələrinin media və kommunikasiya mütəxəssislərinin qatıldığı seminar 3 gün davam edəcək. İnteraktiv sminar ilə yanaşı iştirakçılar Bakı media mərkəzinə səfər edəcək, real sosial media kompaniyalarından danışacaqlar.
Proqramın mühazirəçisi beynəlxalq media eksperti, Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasında yeni yaradılan regionun ilk idman jurnalistikası magistr proqramının direktoru Dan Masondur. Böyük Britaniyada 30 ildən çox bir müddətdə jurnalist kimi fəaliyyət göstərmiş Dan Mason, Yaxın Şərq, Afrika, Asiya və Böyük Britaniyada 25-dən çox ölkədə jurnalistlər və kommunikasiya sahəsində çalışan insanlar üçün təlimlər keçməkdədir.