- Baxış sayı: 120
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev Tokioda olimpiya kəndinə səfər ediblər. Allsport.az saytı xəbər verir ki, onlar Azərbaycan nümayəndə heyətinin rəhbərliyi ilə görüşüblər, yerli şərait və idmançıların hazırlığı ilə tanış olublar. Bu günlərdə 70 yaşını qeyd edən yubilyar, olimpiyaçılarımıza uğurlar arzulayıb: “Çətin şəraitdə bir az ağır olacaq. Amma sizdən böyük nəticələr gözləyirik. İnanıram ki, yaxşı olacaq. Sizə uğurlar arzulayıram. Hamınızda yaxşı nəticələr gözləyirik”.
Olimpiya kəndini çox bəyəndiyini söyləyən MOK-un vitse-prezidenti Tokio-2020-nin açılışı barədə fikirini bölüşüb: “Bizim idmançılar da paraddan keçəcəklər. Onların hamısı indi burada yoxdur. Əsas idmançılarımız – güləşçilər, karateçilər, gimnastlar hələ Tokioya yollanmayıblar. Onların çıxışları olimpiadanın son günlərində olacaq.
Bu gün açılışa buradakı idmançılarımız çıxacaq. Biz sabah yarışı olan idmançıları da mərasimə aparmayacağıq. 20-30 nəfərlik nümayəndə heyətimiz açılışda iştirak edəcək. Ümid edirəm ki, bu açılışda heyətimiz çox gözəl və təntənəli şəkildə bizim televiziya tamaşılarının qarşısından keçəcək”.
Çingiz Hüseynzadə, idmançıların COVİD-19testini verməsi prosesi ilə, yerləşdikləri otaqlar və yeməkxana və maraqlanıb. Bu gün Bakı vaxtı ilə saat 15:00-da Yaponiyanın paytaxtında yay olimpiya oyunlarının açılış mərasimi keçiriləcək. Azərbaycan millisinin rəhbəri AGİN-in idman şöbəsinin müdiri, olimpiya və 2-qat dünya çempionu Fərid Mansurovdur.