MOK rəhbərliyi Yaponiyanın ölkəmizdəki elçisini qəbul edib

Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi ilə görüşüb. Allsport.az saytının məlumatına görə, toplantıda qonağa hazırda ordumuzun işğal olunmuş torpaqların azad edilməsi deyilib.

Bildirilib ki, 30 ildir münaqişənin həllinə dair məsələ beynəlxalq təşkilatların masasının üstündə idi. Danışıqlarda fəal iştirak edən Azərbaycan üçün sülh prosesi “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi ilə bitib.

Səfir Yaponiya ilə Azərbaycanın strateji tərəfdaş olduğunu məmnunluqla vurğulayaraq, ölkələrimiz arasındakı münasibətlərin belə səviyyəyə çatmasında iki dövlət arasında səmərəli əlaqələrin mühüm rolunu qeyd edib. O, sülhsevər dövlət olan Yaponiyanın məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına ümid etdiyini bildirib.

Görüşdə Tokio-2020 yay olimpiya oyunlarında aparılacaq qarşılıqlı əməkdaşlıq imkanlarına dair müzakirələr də aparılıb.

Həmin kateqoriyadan