- Baxış sayı: 55
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 38
- Dekabr 29, 2024
- 0
Milli olimpiya komitəsinin (MOK) və İslam həmrəyliyi idman federasiyalarının (İHİF) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və xarici əlaqələr şöbəsinin direktoru Anar Bağırov İHİF-in Səuddiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən növbədənkənar baş assambleyada iştirak ediblər.
Toplantıda İHİF-in prezidenti şahzadə Əbdüləziz ibn Türki əl Fasial əl Saud və İHİF-in rəsmi nümayəndələri çıxış ediblər. İHİF-nın 13-14 mart tarixlərində keçiriləcək baş assambleyasında 2023-cü ilin oktyabr ayında Səudiyyə Ərəbistanında keçiriləcək dünya döyüş oyunları ilə bağlı müzakirələr aparılıb.
İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə həmçinin, icraiyyə komitəsinin iclasında iştirak edib, eləcə də toplantı çərçivəsində İHİF-in prezidenti şahzadə Abdulaziz ibin Turki əl Fasial əl Saud ilə görüşüb.