- Baxış sayı: 38
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, Azərbaycan respublikası milli olimpiya komitəsinin (MOK) idman idarəsinin direktoru Həsənağa Rzayev 5-12 avqust tarixlərində İndoneziyada yerləşən Bali adasında keçiriləcək dünya çimərlik oyunlarının missiya rəhbərlərinin 2-ci seminarına qatılıb.
Yarışların keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları həmçinin yarışların açılış və bağlanış mərasimləri, logistika, tibb, nəqliyyat, gəliş-gediş, yarışların keçiriləcəyi məkanlar, atletlər kəndi, akreditasiya, atletərin qeydiyyatı və yerləşdirilməsi və yaradılan şəraitlə bağlı məsələlərə aydınlıq gətirilib.
Missiya rəhbərlərinin oyunlar öncəsi planlaşdırma və əməliyyatların bütün aspektləri, eləcə də, Bali 2023 barədə ən son məlumatlar ilə tanış olaraq, öz komandaları üçün müvafiq hazırlıqları təmin etmələri seminarın əsas məqsədi olub.
Dünya çimərlik oyunları – milli olimpiya komitələri assosiasiyası (MOKA) tərəfindən yaradılan və ilk dəfə 2019-cu ildə Qətərin ev sahibliyi edən qlobal çox idmanlı bir tədbirdir.
Doha-2019-da ölkəmizi 7 idmançı təmsil edilib. Azərbaycan komandası çimərlik oyunlarında 4 gümüş 1 bürünc medal olmaqla ümumillikdə 5 medal qazanıblar.