- Baxış sayı: 120
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
15-19 dekabrda beynəlxalq və Milli Olimpiya Komitəsinin birgə layihəsi olan İdman idarəçiliyi kursu keçirilib. Allsport.az saytı xəbər verir ki, məqsəd gənc öndərlərin yetişdirilməsi və idman idarəçiliyində mütəxəssislərin yetişdirilməsi üçün yaradılıb.
İş 2 hissədən ibarətdir: birinci hissədə Beynəlxalq Olimpiya Komitəsinin mütəxəssisi Stavri Bello 4 nəfər Milli Kurs Direktorluğu üzrə təlim keçib. Daha sonra 17-19 dekabr tarixlərində isə BOK-un mütəxəssisinin nəzarəti altında təlimçilər 3 günlük kurslar keçiriblər. Təlimlərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “İdman İdarəçiliyi” üzrə 20 iştirakçı təşkil edirdi.
Kursun əsas mövzusu olimpiya hərəkatı, olimpiya oyunları və onun təşviqi, gənclərin və kontinental olimpiya oyunları idi. Həmçinin, komunikasiya, dövlətin idmana təsiri, idman mütəxəssisləri və idarə olunması mövzularına da toxunuldu.
Təlimin sonunda Milli Olimpiya Komitəsinin vitse –prezidenti Çingiz Hüseynzadə və Beynəlxalq Olimpiya Komitəsinin mütəxəssisi Stavri Bello iştirakçıları təbrik ediblər və iştirakçılar sertifikatlarla təltif olunub.