MOK vitse-prezidenti İHİF-in yeni başçısını seçdi

Bu gün Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam həmrəyliyi idman federasiyasının baş assambleyasının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda İHİF-in və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib. Həmçinin, basketbol federasiyasının prezidenti Nadir Nəsibov, MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov da yığıncağa qatılıblar.

İHİF-in prezidentliyinə namizəd – Səudiyyə Ərəbistan olimpiya komitəsinin prezidenti, Şahzadə Abduləziz bin Turki Əl faisal tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlamışdır. Həmçinin, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yousef Əl Hatəmi, prezident səlahiyyətlərini icra edən Həmid Kalkaba Malboum adı çəkilən təşkilatın hesabatı ilə çıxış ediblər.

Assambleya çərçivəsində mühüm məqamlardan olan yeni İHİF prezidentinin seçkisi idi. İHİF-in İcraiyyə Komitəsi yekdilliklə şahzadə Abdulaziz bin Turki seçilib.

Əlavə olaraq hesabat çıxışları, 2021-ci il İslam həmrəylik oyunlarının keçirilməsinə dair müzakirələr gündəlikdə olan məsələlər sırasında idi.

Həmin kateqoriyadan