Millimiz Moldova üzərində qələbəyə sevindi

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxıb. Allsport.az xəbər verir ki, yığmamız 2015-ci ildəki sonuncu oyununda Moldovanı sınağa çəkib.

Qeyd edək ki, Moldova Azərbaycan yığması üçün tanış rəqib idi. Belə ki, millimiz bu komanda ilə 9-cu dəfə üz-üzə gəlirdi. Əvvəllər yığmamız moldovalılarla 8 görüş keçirmişdi ki, onların yalnız birində qalib gəlmişdi. Bu dəfə yığmamız moldovalılarla görüşlərdəki uğursuz statistikanı bir qədər yaxşılaşdıra bilərdi.

Qarşılaşma millimiz üçün uğurlu alınıb. Hesabı açan yığmamız fasiləyə bərabərliklə yollansa da, ikinci yarıda qələbə qolunu vurmağı bacarıb.

Yoxlama oyunu
17 noyabr

Azərbaycan – Moldova – 2:1 (1:1)
Qollar: K.Karp, 32-öz qapısına (1:0). A.Antonyuk, 44 (1:1). A.Ramazanov, 49 (2:1).
Sarı vərəqə: A.Onika, 34. K.Karp, 70. A.Dedov, 75. V.Qolovatenko, 76. A.Ramazanov, 81. Y.Koçuk, 90.
Hakimlər: Laşa Silaqava, Zaza Pipiya, David Çiqoqidze (hamısı – Gürcüstan), Rauf Cabbarov (Azərbaycan).
Bakı. Olimpiya stadionu.

Azərbaycan: 1. Səlahət Ağayev (23. Aqil Məmmədov, 46), 2. Qara Qarayev, 4. Pavel Paşayev (25. Ürfan Abbasov, 69), 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 7. Rəhman Hacıyev (20. Elşən Rzazadə, 63), 9. Elvin Məmmədov (17. Rəşad Eyyubov, 76), 10. Ruslan Qurbanov (18. Ağabala Ramazanov, 46), 19. Rahid Əmirquliyev (k), 21. Arif Daşdəmirov (16. Tərlan Quliyev, 90+1), 22. Əfran İsmaylov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 3. Məhəmməd Mirzəbəyov, 11. Toğrul Erat.
Baş məşqçi: Robert Prosineçki.
Moldova: 1. İlya Çebanu, 2. İqor Armaş (k), 4. Katalin Karp, 5. Viktor Qolovatenko, 6. İon Jardan, 7. Andrey Kojokar (19. Sergey İstrati, 68), 9. Aleksandr Antonyuk (18. Aleksandr Maksim, 73), 10. Aleksandr Dedov, 14. Vitali Bordian, 17. Aleksandr Onika, 21. Maksim Potarniçe (8. Yevgeni Koçuk, 87).
Ehtiyat oyunçular: 23. Aleksey Koşelev, 12. Artyom Qaydukeviç, 11. Vladimir Ambros, 3. Semyon Bulqaru, 16. Ştefan Burqiu, 20. Aleksandr Vremea.
Baş məşqçi: Ştefan Stoyka.

Həmin kateqoriyadan