Moldova yığması Bakıya 19 oyunçu ilə gəlir

Moldova yığmasının baş məşqçisi Ştefan Stoyka Azərbaycana qarşı keçirəcəkləri yoxlama oyunu üçün yekun heyəti açıqlayıb. Allsport.az xəbər verir ki, o, bu görüş üçün toplanışa 24 futbolçu çağırsa da, onlardan yalnız aşağıda göstərilən 19 oyunçunu Bakıya gətirəcək.

Qapıçılar: İlie Çebanu (“Mordoviya”, Rusiya), Aleksey Koşelev (“Şerif”), Artyom Qaydukeviç (“Daçiya”);

Müdafiəçilər: İqor Armaş (“Kuban”, Rusiya), Viktor Qolovatenko (“Sibir”, Rusiya), Katalin Karp (“Styaua”, Rumıniya), Vitali Bordiyan (“Helios”, Ukrayna), Ştefan Burqyu, İon Jardan (hər ikisi – “Zimbru”), Semen Bulqaru (“Daçiya”), Maksim Poternike (“Şerif”);

Yarımmüdafiəçilər: Aleksandr Dedov (“Tarqu-Mureş”, Rumıniya), Aleksandr Antonyuk, Andrey Kojokar (hər ikisi – “Milsami”), Yevgeni Koçuk (“Daçiya”), Aleksandr Vremya (“Zimbru”), Aleksandr Onika (“Zarya”);

Hücumçular: Vladimir Ambros (“Petrokub”), Sergey İstrati (“Saksan”).

Qeyd edək ki, Azərbaycan – Moldova matçı noyabrın 17-də Bakı Olimpiya stadionunda keçiriləcək.

Həmin kateqoriyadan