- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Aleksandr Dedov “Zirə”nin heyətində ilk dubunu edib. Allsport.az saytı xəbər verir ki, moldovalı legionçu “Sumqayıt”la premyer liqanın 12-ci turunun ev oyununun (3:1) hər hissəsində 1 qol vurub.
Bu, “qartallar”ın cari mövsümdə ikinci dubludu. Yarımmüdafiəçiyə qədər Mirsahib Abbasov bir oyunda 2 qol vurmağa nail olmuşdu. O, 1-ci turdan təxirə salınan “Qarabağ”la səfər matçında (2:3) fərqlənmişdi. Dedovun dublu “Zirə”nin tarixində 11-i ölkə çempionatında olmaqla ümumilikdə 18-ci belə uğurudur.
Qeyd edək ki, “Zirə”də vurduğu qolların sayını 6-ya yüksəldən Dedov klub tarixinin bombardirləri siyahısında 8-ci yerə şərik olan Adil Nağıyev, Nurlan Novruzov, Yovan Krneta və Elnur Abdulova çatıb. Bütün qollarını premyer liqada vuran Aleksandr Vüsal İsgəndərli və Yovan Krneta ilə 4-cü yerə şərikdir.