- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Millimiz Antalyada yoldaşlıq görüşündə Moldova futbolçuları ilə 0:0 heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra rəqib baş məşqçi Aleksandr Spridon bunu deyib:
“Düşünürəm ki, Azərbaycan millisi topa bir qədər çox nəzarət edirdi. Bizim də qol epizodlarımız oldu. Qələbə də qazana bilərdik. Hər iki tərəf üçün yaxşı oyun oldu. Azərbaycan yığması çox intizamlı komandadır. Bu, meydanda görünürdü.
Bu cür rəqiblə qarşılaşmaq xoş idi. Bizi Lüksemburq, Belarus və San Marino yığması ilə çətin oyun gözləyir. Sizin isə Kosovo millisi ilə matçlarda işiniz asan olmayacaq. Qurban Qurbanov güclü məşqçidir. “Qarabağ”la yaxşı nəticələr qazanıb.
Ona millidə işləmək daha rahatdır. Çünki “Qarabağ”ın futbolçularını tanıyır və onların əksəri millidə oynayır. Bu mənada, Qurbanovun oyun üslubuna bələddirlər. Mənim isə bu cəhətdən işim bir qədər çətindir”.