“Monako” bu gün Bakıya gəlir: 20 futbolçu ilə

Fransanın “Monako” klubu bu gün axşam saatlarında Bakıya gələcək. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq knyazlıq təmsilçisinin baş məşqçisi Leonardo Jardim ölkəmizə 20 futbolçu gətirir.

Qapıçılar: Daniel Subaşiç, Pol Nardi, Loik Badyasil;

Müdafiəçilər: Rikardo Karvalyo, Elderson, Fabinyo, Kevin Ndoram, Andrea Racci, Almami Ture, Uollas;

Yarımmüdafiəçilər: Yoan Andzuana, İvan Kavalyero, Bernardo Silva, Jonatan Meksik, Joao Moutinyo, Mario Paşaliç, Jeremi Tulalan;

Hücumçular: Qvido Karrilyo, Stefan Əl-Şaaravi, Lasina Traorer.

Qeyd edək ki, “Qarabağ” – “Monako” matçı noyabrın 5-də Bakıda keçiriləcək və saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan