- Baxış sayı: 67
- 27 Yanvar 2026 20:57
- Baxış sayı: 142
- Fevral 02, 2026
- 0

Formula-1 dünya çempionatının 5-ci mərhələsi Monakoda keçirilib.
Allsport.az saytı xəbər verir ki, eyni adlı trasda 3337 metrlik uzunluğu 66 dairədən ibarət olan ötüşmədə “Red Bull Xonda”dan Maks Ferstappen hamını qabaqlayıb. O, 1 pitlə finişə 1 saat 38:56.820 saniyəyə çatıb.
“Ferrari”dən Karlos Sayns 2-ci ter tutub. “Maklaren” komandasının sürücüsü Lando Norris 3-cü olub.
Növbəti qran-pri 2 həftə sonra Azərbaycanda baş tutacaq. 6003 metr uzunluğu olan Bakı şəhər halqasında pilotlar 51 dövrə vuracaqlar.