Monteneqro futbol ittifaqı Azərbaycanın notasına cavab verib

Monteneqro futbol ittifaqı qapıçı Andriya Draqoyeviçin sosial şəbəkələrdə təxribatçı paylaşımı ilə bağlı Azərbaycan xarici işlər nazirliyinin sərfirlik vasitəsi ilə ünvanladığı notaya cavab verib.

Allsport.az saytının məlumatına görə, açıqlamada onun Ermənistanın “Alaşkert” klubunun qapıçısı olduğu və hazırda yığma üzvü sayılmadığı vurğulanıb.

Bildirilib ki, onun İnstaqramda paylaşımı millinin və assosiasiyanın Dağlıq Qarabağ regionundakı hazırkı vəziyyətlə bağlı mövqeyini əks etdirmir.

Həmin kateqoriyadan