Morata bu komandaya keçir

İspaniya millisinin kapitanı Alvaro Morata karyerasını “Komo”da davam etdirə bilər.

Allsport.az xəbər verir ki, Morata keçən ilin iyulunda “Milan”a keçib, lakin yanvarda icarə əsasında “Qalatasaray”a göndərilib.

İstanbul klubu 32 yaşlı oyunçunu tam transfer etməyib, “Milan” isə onu saxlamaq istəmir.

Morata ötən mövsüm Türkiyə superliqasında 12 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. O, mövsümün ilk yarısında “rossoneri”nin heyətində “A” seriyasında 16 oyun keçirib və 5 qol vurub.

Həmin kateqoriyadan