- Baxış sayı: 66
- 27 Yanvar 2026 20:57
- Baxış sayı: 133
- Fevral 02, 2026
- 0

İspaniyalı motosürücü Xavyer Alvares Moto-3 sinfi üzrə La Banyesa qran prisi üçün məşq zamanı qəza nəticəsində dünyasını dəyişib.
Allsport.az saytı xəbər verir ki, o, döngələrin birində idarəetməni itirərək qoruyucu hasara çırpılıb. Həkimlər idmançını reanimasiya etməyə çalışsalar da, nəticə olmayıb.
Alvaresin ölümünə baxmayaraq, yerdə qalan sürücülərlə məsləhətləşdikdən sonra, təşkilatçılar mükafat yarışını davam etdirmək qərarına gəliblər.