Mourinyo Qrinvudun “Roma”ya keçməsini istəyir

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud “Roma”nı arzulayır.

Allsporta.az xəbər verir ki, romalıların baş məşqçisi Joze Mourinyo, potensial transferi müzakirə etmək üçün futbolçunun atası ilə əlaqə saxlayıb.

2022-ci ilin fevralında 21 yaşlı oyunçu zorlamaya cəhddə şübhəli bilinərək həbs olundu, lakin bir ildən sonra ona qarşı bütün ittihamlar ləğv edildi. Lakin Qrinvud “Mançester Yunayted”ə qayıtmayıb, çünki klub vəziyyətlə bağlı daxili araşdırma aparıb.

Meysonun “qırmızı şeytanlar” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Futbolçunun son rəsmi matçını 22 yanvar 2022-ci ildə keçirib.

Həmin kateqoriyadan