- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Roma”nın baş məşqçisi Joze Mourinyu klubun növbəti mövsüm üçün planlarını bilmək istəyir.
Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis gələcəyi ilə bağlı qərar vermək üçün iyuna qədər gözləmək niyyətində deyil. O, paytaxt təmsilçisinin gələn mövsüm üçün layihəsi, çempionlar liqası planı və ehtimal olunan transferlərlə bağlı məlumatlı olmaq fikrindədir.
Hazırda Mourinyu ilə klub rəhbərliyi arasında heç bir əlaqə yoxdur, lakin o, bir neçə top-klubdan təklif aldığı üçün yaxın vaxtlarda gələcəyi ilə bağlı qərar verməyi planlaşdırır.
Məşqçinin “A seriyası klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.