Mourinyu hakim Teyloru təhqir edib

Joze Mourinyu 4 oyunluq avrokuboklardan kənarlaşdırılıb.

Allsport.az xəbər verir ki, bu qərar “Roma”nın baş məşqçisinin Avropa liqasının finalında “Sevilya” ilə oyundan (1:1, 1:4 – penaltilər) sonra “hakimin ünvanına təhqiramiz ifadələr işlətməsi” ilə əlaqədardır.

UEFA intizam komitəsi həmçinin romalı azarkeşlərin oyun zamanı pirotexniki vasitələrdən istifadə etmələri, əşyalar atmaları və əmlaka ziyan vurduqları üçün avrokuboklarda növbəti ev matçı üçün tərəfdarlara bilet satmağı qadağan edib və onları 50 min avro cərimələyib. 

Finaldan sonra Mourinyu “Puşkas arena”nın dayanacağında ingilis hakim Entoni Teylora qışqırıb : Ayıbdır, sən yazıqsan”.

“Roma” azarkeşləri hava limanında Teylor və ailəsini mühasirəyə alaraq onlara stul atıblar . Təhlükəsizlik xidməti hakimi aparıb.

Həmin kateqoriyadan