- Baxış sayı: 11
- 25 Noyabr 2024 11:20
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
2023/24 mövsümünün 2023-cü il baş tutan ən məhsuldar oyunlarında 10 qol vurulub.
Allsport.az xəbər verir ki, Azərbaycan kubokunun “İrəvan” – “Araz-Naxçıvan” və 2-ci Liqanın “Göygöl” – “Şəmkir” matçlarının hər ikisində 8:2 hesabı qeydə alınıb.
Kubokda qonaqlar, aşağı liqada meydan sahibləri qalib gəliblər.
İki dəfə 9 qol vurulub. Bu qarşılaşmalar əvəzedicilər liqası və 2-ci Liqada baş tutub. 10 oyun isə 8 qolla yekunlaşıb. Ümumilikdə, 14 dəfə ən azı 8 top vurulub.
Premyer liqanın ən məhsuldar matçında “Qarabağ” “Kəpəz”i 7:1 hesabı ilə üstələyib. 2023/24 mövsümünün ən azı 8 qol vurulan oyunların 1-i premyer Liqa, 1-i ölkə kuboku, 1-i 1-ci Liqa, 3-cü əvəzedicilər liqası, 8-i 2-ci liqaya təsadüf edib.
8 və daha çox qolun vurulduğu oyunlar:
14.11.2023. 2L. Göygöl – Şəmkir – 8:2
19.12.2023. AK. İrəvan – Araz-Naxçıvan – 2:8
25.09.2023. 2L. Kür-Araz – Kürmük Qax – 6:3
06.11.2023. 2L. Şahdağ Qusar – Dinamo – 9:0
13.08.2023. ƏL. Araz-Naxçıvan – Qəbələ – 2:6
11.09.2023. 2L. Qusar – Şəmkir – 7:1
21.09.2023. 1L. Şamaxı – Araz Saatlı – 8:0
01.10.2023. ƏL. Turan Tovuz – Neftçi – 0:8
24.10.2023. 2L. Şəfa – Cəbrayıl – 2:6
31.10.2023. 2L. Cəbrayıl – Ağdaş – 5:3
04.11.2023. PL. Qarabağ – Kəpəz – 7:1
27.11.2023. ƏL. Neftçi – Araz-Naxçıvan – 8:0
05.12.2023. 2L. Kür-Araz – Lerik – 7:2
15.12.2023. 2L. Lerik – Dinamo – 4:4
PL – Premyer Liqa, AK – Azərbaycan kuboku, ƏL – Əvəzedicilər liqası, 1L – 1-ci Liqa, 2L – 2-ci Liqa