- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

“Rəvan”ın kapitanı Ramazan Abbasov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib. Allsport.az xəbər verir ki, yarımmüdafiəçi yubileyini Topaz Premyer Liqasının 11-ci turunun “Xəzər Lənkəran”la qarşılaşmasında qeyd edib.
2001/02 mövsümündə “Dinamo-Bakılı”nın (indiki “Bakı”) heyətində debüt edən Abbasov 7 klubun formasını geyindiyi 14 mövsümdə 21 qola imza atıb. 250 qarşılaşmadan 80-ni “Rəvan”da keçirən Ramazan klub tarixinin Premyer Liqada ən çox oyun keçirən futbolçusudur.
Ramazan cari mövsümdə 250-yə çatan ikinci futbolçudur. Ona qədər komanda yoldaşı Cəmşid Məhərrəmov da buna nail olmuşdu. Ümumilikdə isə ölkə çempionatları tarixində 45 oyunçu 250 və ya daha çox qarşılaşmada iştirak edib.