- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Səbail”in heç-heçəsiz oyunlar seriyası qırılıb.
Allsport.az xəbər verir ki, Bakı klubu ilk sülhə 13-cü turda imza atıb. Bu, paytaxt təmsilçisinin “Keşlə” ilə səfər matçına təsadüf edib – 2:2.
Bu, ölkə çempionatları tarixində 27-ci belə hadisədir ki, komandalardan biri ilk 12 turda heç-heçə etmir. Startdakı ən uzun seriya “Neftçi”yə məxsusdur. Bakılılar 1992-ci ildə ilk heç-heçəsini 29-cu görüşdə edib. “Şəfa” isə 1997/98 mövsümündə ümumiyyətlə sülhə imza atmayıb. Paytaxt klubu 26 matç keçirib.
“Keşlə” ilə səfər bərabərliyi “Səbail” üçün 2 yubileylə əlamətdar olub. Komanda premyer liqada 25-ci heç-heçəsini edib. Camal Araqonun uzatma dəqiqələrindəki qolu “Səbail”in premyer liqada 50-ci səfər topudur.