- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Milan”ın baş məşqçisi Stefano Pioli “A” seriyasında “İnter”dən məğlubiyyəti (1:2) şərh edib.
Allsport.az xəbər verir ki, o, məyus olduqlarını bildirib:
“Uşaqları ruhlandırmağa çalışdım, çünki bunun arxasında yatan hər şeyi nəzərə alsaq, bunun ağrılı bir məğlubiyyət olduğu açıq-aydın görünür. Mən oyunçuları sakitləşdirməyə çalışdım, çünki mövsümü yaxşı başa vurmalıyıq. Bizi şənbə günü “Yuventus”la daha bir vacib oyun gözləyir.
Təəssüf ki, bu derbidə heç-heçəyə belə nail ola bilmədik”.