- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Premyer liqanın 26-cı turunda cəmi 5 qol vurulub. Allsport.az saytı xəbər verir ki, 4 oyunun keçirildiyi turda məhsuldarlıq 1,25-ə bərabər olub. Bu, mövsümün antirekordudur.
“Səbail” – “Sabah” (0:2) və “Sumqayıt” – “Şamaxı” (2:0) görüşlərinin hərəsində 2, “Qəbələ” – “Neftçi”də (1:0) cəmi 1 qol vurulub. “Qarabağ” – “Zirə” matçında isə hesab açılmayıb.
Bunadək mövsümün antirekordu XVII turda qeydə alınmışdı. Həmin vaxt 4 matçda cəmi 6 qol vurulmuşdu.