- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Premyer Liqada mövsümün məhsuldarlıq rekordu təkrarlanıb. Allsport.az saytı xəbər verir ki, 35-ci turun 5 oyununda qapılara 18 qol vurulub.
Yalnız AzAL-ın qol vura bilmədiyi turun “Neftçi” – “İnter” (4:2) görüşündə 6, “Zirə” – “Kəpəz” (2:2) qarşılaşmasında 4 top qeydə alınıb. “Xəzər Lənkəran” – “Sumqayıt” (1:2) və “Rəvan” – “Qarabağ” (2:1) matçlarında azarkeşlər 3 qol, “Qəbələ” – AzAL (2:0) oyununda isə 2 qol görüb. Bununla da turun orta məhsuldarlığı 3,60-a bərabər olub. Bu göstərici cari mövsümün rekordunun təkrarıdır. Belə ki, 26-cı turun 5 oyununda da 18 qol qeydə alınmışdı.
Xatırladaq ki, 35 turun 175 oyununda ümumilikdə 378 qol vurulub və məhsuldarlıq 2,16-ya bərabərdir.