- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasında mövsümün rekordu qeydə alınıb. Allsport.az saytı xəbər verir ki, 11-ci turun 4 oyununda qapılara 17 top vurulub. Orta məhsuldarlıq 4,25-ə bərabər olub. “Səbail” “Sabah”ı 4:0, “Keşlə” “Sumqayıt”ı 4:1, “Qarabağ” “Qəbələ”ni 3:1 hesabı ilə yenibsə, “Neftçi” və “Zirə” arasında görüşdə qalib müəyyənləşməyib – 2:2.
Cari mövsüm üçün rekord göstərici olan bu rəqəm Azərbaycan çempionatlarının son ilyarımı üçün ən yüksək məhsuldarlığıdır.
Sonuncu dəfə 2016/17 mövsümünün 27-ci turu isə qollarla daha zəngin olub. 2017-ci il aprelin 23-24-də baş tutan 3 görüşdə 13 top vurulub və orta göstərici 4,33-ə bərabər olub. Həmin vaxt “Kəpəz” AzAL-ı, “Qarabağ” “Sumqayıt”ı eyni – 2:1, “Qəbələ” isə “İnter”i 4:3 hesabı ilə udmuşdu. Turun bir matçının nəticəsi isə ləğv edilmişdi. Söhbət “Zirə” – “Neftçi” qarşılaşmasından (2:2) gedir.