Mübariz Zeynalov Gəncədə də anıldı

Avqustun 8-də dünyasını dəyişən veteran futbolçu Mübariz Zeynalovun əziz xatirəsi doğma Gəncədə də anılıb. Allsport.az xəbər verir ki, bu münasibətlə Zeynalovun vaxtilə futbolçu kimi çıxış etdiyi, daha sonralar isə məşqçi kimi çalışdığı “Kəpəz” Peşəkar Futbol Klubunda anım tədbiri keçirilib.

Görüşdə “Kəpəz”in Müşahidə Şurasının üzvləri və klub rəhbərliyi ilə yanaşı, Gəncə futbolunun ayrı-ayrı dövlərini təmsil edən veteranlar bir araya gəlib. Mübariz Zeynalovla birlikdə çiyin-çiyinə oynamış və rəhbərliyi altında çıxış etmiş futbolçular onun haqqında xatirələrini bölüşüblər. Zeynalovun Azərbaycan futbolundakı xidmətlərindən, bu sahədəki fəaliyyətindən bəhs olunub.

Həmin kateqoriyadan