“Müdafiədə boşluqlarımız var idi”

“Keşlə” premyer liqanın 16-cı turunda səfərdə “Neftçi”yə 1:3 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Sənan Qurbanov bunu söyləyib:

“Oyuna istədiyimiz kimi başladıq. Əlimizdən gələni etdik. Futbolçular üzərilərinə düşənləri göstərməyə çalışdılar. Biz də rəqib qədər qol imkanları yaratdıq. Oyunumuzda irəliləyiş var. Artıq nəticə qazanmağın vaxtıdır.

Müdafiədə boşluqlarımız var idi. Bunları analiz edib, oyunçulara çatdırmalıyıq ki, növbəti matçlarda səhvləri təkrarlamayaq. Komanda şəklində müdafiə olunmağa çalışırıq.

Amma bəzən rəqibin futbolçusu elə qol vurur ki, ustalıq səviyyəsi özünü göstərir. Əlimizdə olan oyunçulardan maksimum istifadə etməliyik”.

Həmin kateqoriyadan