- Baxış sayı: 22
- 29 Mart 2026 14:51
- Baxış sayı: 27
- Mart 29, 2026
- 0

“Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller Səudiyyə Ərəbistanından kluba keçməkdən imtina edib.
Allsport.az xəbər verir ki, Müllerə 3 illik müqavilə təklif olunub. Futbolçu belə bir müddətin onun üçün qəbuledilməz olduğunu qeyd edib.
Müller ötən mövsüm bundesliqada 27 oyunda, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.
Mövsüm ərzində Tomas “Bavariya”dakı oyun müddətindən narazı olduğu və klubu dəyişməyə hazır olduğu bildirilirdi. Daha sonra futbolçu özü bu şayiələri təkzib edib.