Müğənni Nura Suri “Qarabag” klubunun fanatıdır

Müğənni Nura Suri “Qarabag” klubunun fanatıdır. Allsport.az saytı xəbər verir ki, o azarkeşlik etdiyi komandanın oyununu yalnız bir dəfə canlı izləyə bilib:

“Futbolu çox sevirəm. Azərbaycan komandalarından “Qarabağ”a üstünlür verirəm. Azarkeşlik etdiyim “Qarabağ”ın oyunlarından yalnız birini stadiondan canlı izləmişəm.

Çünki məndə insanların çox olduğu yerlərə qarşı fobiya var. Ona görə konsertlərə, stadionlara gedə bilmirəm. Vaxtım olduqca televiziyadan baxıram”.

Həmin kateqoriyadan