Müharibə futbolu da vurdu

İsrail futbol assosiasiyası regionda hərbi gərginliyin artması səbəbindən yaxın günlər üçün nəzərdə tutulan bütün oyunları təxirə salıb.

Allsport.az xəbər verir ki, liqa rəhbərliyi təhlükəsizlik riskləri ilə əlaqədar turnirləri dayandırmaq qərarına gəlib.

Fevralın 28-də İsrail və ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatdan sonra Tehranın regiondakı hədəflərə raket zərbələri endirməsi ölkədə fövqəladə vəziyyət yaradıb.

Futbolla yanaşı, İsrailin digər idman federasiyaları da analoji qərarlar qəbul edərək bütün yarışları dayandırıblar.

Təxirə salınmış matçların yeni tarixləri barədə hələlik rəsmi məlumat verilməyib.

Həmin kateqoriyadan