- Baxış sayı: 22
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Premyer liqanın 29-cu turunda “Turan Tovuz” evdə “Sabah”ı 2:0 məğlub edib. Allsport.az xəbər verir ki, ev sahibinin baş məşqçisi Ayxan Abbasov oyun haqda danışıb:
“Mühüm oyun idi. Qələbə qazanmaq istəyirdik. Evdə hələ “Sabah”a qalib gələ bilməmişdik. Bu da bir qədər psixoloji təsir edirdi. Amma futbolçularıma inanırdım. Bu il evdə yaxşı çıxış etməyimiz üstünlüyümüzdür. Oyun gərgin idi. Hardasa taktiki savaş da getdi. Amma düşən imkanlardan istifadə etdik. Qoldan sonra yenə epizodlarımız oldu. Futbolçularıma təşəkkür edirəm. İtkilərimiz çoxdur. Bu gün də Alexandro Serrano cəzalı duruma düşdü. Zədə və cəzalılarımız hamısı orta xətt oyunçularıdır. Bu bizə çətinlik yaradır. Amma yenə də nə isə fikirləşəcəyik. Futbolçularıma da bildirmişdim ki, sona qədər bu mübarizənin içində olaq. Bu bizim gələcəyimiz üçün çox xeyir verəcək”.