“Mükafat öz əhəmiyyətini itirir”

Allsport.az xəbər verir ki, “Lokomotiv”in hücumçusu Artyom Dzyuba Argentinanın və “İnter Mayami”nin hücumçusu Lionel Messinin FİFA “The Best 2023” mükafatında “ən yaxşı oyunçu” kateqoriyasında qazandığı qələbəni tənqid edib:

“Heçnə başa düşmürəm. Futbolla maraqlanan oğlanlarla söhbət etdim, hamı ümumiyyətlə şokdadır. Hansı nailiyyətinə görə? Onsuz da sonuncu dəfə dünya kubokunun hesabına qazandı. Bu dəfə isə xaos oldu. Mükafat öz əhəmiyyətini itirir.

Mən kimə səs verərdim? Mbappeni daha çox bəyənirəm, amma etiraf etməliyəm, Holand ən çətin liqada qollar vurdu və çempionlar liqasını qazandı. Buna görə də, mənim seçimim ya Holand, ya da de Bruynedir”.

Həmin kateqoriyadan