“Mükafat yarışını hava şəraitinə uyğun keçirməli olacağıq”

Allsport.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanı mərhələsinin təşkilatçısı şahzadə Xalid bin Sultan gələn il keçiriləcək mərhələdən bəhs edib. O, mükafat yarışının payızda baş tutmasının mükün olduğunu deyib:

”Hələ dəqiq tarix dəqiqləşməsədə, ümid edirəm ki, bunu tezliklə həll edəcəyik. Hər il müqəddəs Ramazan ayının tarixləri 10-11 gün dəyişdiyi üçün, təşkilatçəlığda müəyyən çətinliklər yaranır. Ramazandan öncə yarış ya burada, ya da Bəhreyn trasında keçiriləcək.

Aprel və may aylarında isə hava artıq çox isti olacaq. Mart ayı bizdə havanın yaxşı olduğu son aydır. Bu məsələni FOM ilə yanaşı komandalarla müzakirə edəcəyik. Əgər mart ayında yarışa ev sahibliyi etmək mümkün olmasa, mərhələ oktyabr ayına təsadüf edə bilər. Mükafat yarışını hava şəraitiə uyğun keçirməli olacağıq”.

Həmin kateqoriyadan

azenrutr