- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Liverpul”un sol cinah müdafiəçisi Endryu Robertson “Bavariya”nın növbəti mövsüm üçün əsas transfer hədəflərindən biridir.
Allsport.az xəbər verir ki, Münhen klubu 29 yaşlı şotlandiyalını Alfonso Davisin potensial əvəzləyicisi kimi görür. Kanadalı futbolçu Almaniya klubu ilə müqaviləsini klubun şərtləri əsasında yeniləmək istəmir və yayda “Real”ə keçmək niyyətindədir.
Robertsonun “qırmızılar”la 2026-cı ilin yayına qədər müqaviləsi var.