“İstənilən halda, “Sabah” növbəti mövsüm avrokuboklarda çıxış edəcək”

“Sabah”ın baş məşqçisi Murad Musayev, Rusiya mətbuatına açıqlama verib. Allsport.az xəbər verir ki, o, Azərbaycan çempionatı barədə təəssüratını bölüşüb: “Azərbaycan çempionatı çox çətin turnirdir. 10 komanda iştirak edir. Çempionat 4 dövrə keçirilir. Yarış avqustda başlayır, may ayında bitir.

Burada əcnəbi oyunçular üçün məhdudiyyət var. Məsələn, start “11-lik”də mütləq 4 yerli oyunçu olmalıdır. Bütün klublar, hamı bir-birini çox yaxşı tanıyır. Rəqiblərin güclü və zəif tərəflərini bilirik.

Bütün komandalar arasında “Qarabağ” fərqlənir. Ardıcıl 8 il avrokubokların qruplarında oynayıblar. Son 2 ildə onlar əla nəticələr göstəriblər. Digər güclü klub “Neftçi”dir. Onlar böyük ənənələrlə və yaxşı imkanlara malikdirlər. Daha bir neçə kifayət qədər güclü, təxminən eyni səviyyəli komandalar var. Bunlar “Sabah”, “Qəbələ”, “Zirə”dir.

Bu mövsüm “Qarabağ”ın yenidən çempion olacağı ehtimalı var. “Neftçi” ilə 2-ci və ya 3-cü yerlər üçün mübarizə aparacağıq. İstənilən halda, “Sabah” növbəti mövsüm avrokuboklarda çıxış edəcək”.

Həmin kateqoriyadan