- Baxış sayı: 26
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Sabah” premyer liqanın 25-ci turunda səfərdə “Qarabağ”la qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Murad Musayev bunu deyib:
“İlk növbədə “Qarabağ”ı layiq olduğu çempionluq münasibətilə təbrik edirəm. Bu mövsüm aşkar şəkildə ən güclü komanda idi. Oyuna gəldikdə isə, matçın böyük hissəsində rəqib bizdən daha yaxşı təsir bağışlayırdı.
Lakin rəqib meydanda azlıqda qaldıqdan sonra vəziyyət dəyişdi. Bundan sonra oyuna biz nəzarət etməyə başladıq və qol vurduq. Futbol həm də bu tərəfi ilə gözəldir.
Bir hərəkət oyunun gedişatını dəyişə bilir. Düşünürəm ki, matç azarkeşlərin xoşuna gəldi. Çoxlu emosiya var idi. Fikrimcə, hər 2 komanda nəticədən razı qaldı”.