- Baxış sayı: 63
- 19 Dekabr 2025 00:10
- Baxış sayı: 63
- Dekabr 18, 2025
- 0

“Sabah” premyer liqanın 27-ci turunda evdə autsayder “Sumqayıt”la 2:2 edib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra meydan sahibinin baş məşqçisi Murad Musayev bunu deyib:
“Avrokuboklara vəsiqə imkanımız olduğundan, komandanın üzərində bir qədər təzyiq var idi. Ola bilsin, buraxdığımız səhvlər bu amillə bağlıdır. Komandama iradım yoxdur.
Meydanda 9 nəfər qaldıqdan sonra belə, hücum edirdik və oyuna əlavə edilmiş vaxtda hesabı bərabərləşdirə bildik. Lakin bu gün qalib gəlmək istəyirdik. Həddindən artıq lazımsız səhvlər buraxdıq. Komandada kimisə günahlandırmaq çətindi”.