- Baxış sayı: 32
- 30 Mart 2026 21:25
- Baxış sayı: 224
- Mart 30, 2026
- 0

“Sabah” premyer liqanın 15-ci turu çərçivəsində doğma meydanda “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Murad Musayev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Çox çətin oyun alındı. Fiziki cəhətdən oyuna yaxşı hazırlaşa bilməmişdik. Çünki həftəiçi böyük iş görmüşdük. Bu gün meydanda xarakter göstərdik. Çalışacağıq ki, bütün 90 dəqiqə ərzində aktiv oynayaq. Yaxşı qollar vurduq. Bəzən rəqibə fürsətlər verdik. İşimiz çoxdur, dayana bilmərik”.